Yeni araşdırmalar göstərir ki, əsnəmək yalnız yorğunluq əlaməti deyil, beynin özünü tənzimləməsində mühüm fizioloji prosesdir.
Medianews.az xəbər verir ki, tədqiqatlara görə, əsnəmə zamanı beyin-omurilik mayesinin axını artır. Bu beyində tullantı maddələrin xaric olunmasına, kimyəvi balansın qorunmasına və təzyiqin tənzimlənməsinə kömək edir.
Müşahidələr göstərib ki, əsnəmək adi nəfəsalma ilə müqayisədə bu mayenin hərəkətini daha güclü şəkildə aktivləşdirir. Həmçinin əsnəməni saxlamaq mümkün olsa da, proses tam dayandırılmır.
Araşdırma “yoluxucu əsnəmənin” də beyin fəaliyyətinə təsir etdiyini və bunun təkcə sosial deyil, bioloji əsaslara malik olduğunu ortaya qoyub.
Alimlər bildirirlər ki, əsnəmək beyin temperaturunun tənzimlənməsinə və qan dövranının yaxşılaşmasına da kömək edə bilər. Bu nəticələr gələcəkdə nevroloji xəstəliklərin, o cümlədən miqrenin öyrənilməsi və müalicəsi üçün yeni imkanlar yarada bilər.
Medianews.az