Medianews.az
Amerikanın 200-dən çox hərbçisi yaralanıb
124 baxış

Amerikanın 200-dən çox hərbçisi yaralanıb

Fevralın 28-dən İrana qarşı aparılan müharibədə ABŞ-nin 200-dən çox hərbçisi yaralanıb. Medianews.az-ın məlumatına görə, bu statistika ABS-nin "Vaşinqton Post" qəzetində dərc olunub.

Qəzet yazır ki, amerikalı hərbçilər Yaxın Şərqin ümumilikdə 7 ölkəsində, İranın dron və  raket hücumları zamanı yaralanıblar.

Xəsarətlərin çoxu kəllə-beyin travmasından ibarətdir. Bəzi xəsarətlər hücumlardan bir neçə gün sonra üzə çıxıb. Yaralılardan 10 nəfərinin vəziyyəti ağırdır. 

İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı isə 13 nəfərdir. Onlardan 7-si İranın hücumları, 6-sı İraqda hərbi əməliyyatlara dəstək verən yanacaqdoldurma  təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

Medianews.az

Bizə qoşulun