Medianews.az
Anasını pəncərədən atdı -
74 baxış

Anasını pəncərədən atdı - Günahını etiraf etdi

Başqırdıstanda 39 yaşlı kişi 60 yaşlı anasını altıncı mərtəbənin pəncərəsindən atıb.

Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin noyabrın 30-u, axşam saatlarında yataqxanaların birində baş verib.

Ana-oğul içki içərkən kişi qadından xüsusi müəssisəyə yerləşdirilmiş iki uşağını qəyyumluğa götürməsini tələb edib. Qadın imtina edib və aralarında mübahisə yaranıb. Kişi anasını altıncı mərtəbədəki pəncərədən atıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) ilə ittiham olunur. O, günahını etiraf edib. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Medianews.az

 

Bizə qoşulun