Medianews.az
Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir —
161 baxış

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir — Pulunuz kəsiləcək

 

eManat istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.

"Premium Bank" kart və hesablarına terminallar vasitəsilə edilən mədaxillərdən 1% xidmət haqqı tutulacaq. Digər ödəniş istiqamətləri üzrə tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur. Müvafiq xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Yeni komissiya qaydası 1 aprel 2026-cı il tarixindən tətbiq ediləcək.

Bizə qoşulun