Yeni araşdırmalar göstərir ki, beyin sağlamlığının qorunmasında ən effektiv qidalanma modeli hələ də ənənəvi Aralıq dənizi pəhrizidir.
Medianews.az xəbər verir ki, bununla bağlı arşdırma “Clinical Nutrition” jurnalında dərc olunub.
294 yetkinlik yaşına çatmış insanlar üzərində aparılan tədqiqat, üç fərqli qidalanma modelinin beyin yaşlanmasına təsirini müqayisə edib.
18 ay davam edən araşdırmada, xüsusilə qoz, yaşıl çay və polifenol baxımından zəngin bitkilərlə zənginləşdirilmiş “green-MED” pəhrizini tətbiq edən şəxslərdə beynin daha gənc göründüyü və iltihabla əlaqəli biomarkerlərin azaldığı müəyyən olunub.
Ekspertlər bildirir ki, meyvə, tərəvəz, paxlalılar, tam taxıllar, qoz-fındıq və zeytun yağı ilə zəngin Aralıq dənizi pəhrizi iltihabı azaldır, neyronların yaşlanmasını yavaşladır və neyrodegenerativ xəstəlik riskini azalda bilər. Tədqiqatlar həmçinin göstərir ki, sağlam qidalanma bağırsaq mikrobiotası ilə beyin arasında əlaqəni dəstəkləyir.
Alimlər vurğulayırlar ki, sağlam qidalanma ilə yanaşı, fiziki fəaliyyət və zehni məşqlər də koqnitiv geriləmənin ləngiməsində mühüm rol oynayır. Həmçinin beyin sağlamlığı üçün alkoqol istifadəsi mümkün qədər məhdudlaşdırılmalıdır.
Medianews.az