Medianews.az
Neft qiymətləri 100 dollardan
54 baxış

Neft qiymətləri 100 dollardan aşağı endi

ABŞ ilə İran arasında potensial sülh razılaşmasına dair yayılan xəbərlər fonunda birjalarda neft qiymətləri ucuzlaşıb.

“Brent” markalı xam neftin bir bareli 10 faizədək ucuzlaşaraq hazırda 98 dollar, “Light” neftinin qiyməti isə 9 fazidən çox azalaraq 90 dollara satılır.

Avropada təbii qaz qiymətləri də təxminən 12,5 faiz ucuzlaşıb. Niderlandın TTF habında iyun ayı üzrə fyuçers müqavilələrində qazın qiyməti meqavat-saat üzrə 41 avro civarındadır. Sezar pizza

Ekspertlərin fikrincə, ABŞ-nin müharibəyə son qoymaq və daha ətraflı nüvə danışıqlarına başlamaq üçün İran hökuməti ilə anlaşma memorandumu imzalamağa yaxın olduğunu ilə bağlı yayılan xəbərlər “qara qızıl”ın qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında gərginliyin azaldılması, xüsusən də qışdan əvvəl ehtiyatlarını artırmağa hazırlaşan Avropa üçün çox vacibdir.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginlikdən əvvəl bir bareli təxminən 70 dollara satılan “Brent”in qiyməti münaqişə dövründə 90 faizədək bahalaşıb, “Light”ın qiyməti isə təxminən 80 faizdən çox dəyər qazanıb./yenisabah/

Bizə qoşulun