Medianews.az
48 il sonra Azərbaycan filmi tapıldı -
107 baxış

48 il sonra Azərbaycan filmi tapıldı - Fazil Salayevin kinoda son işidir

“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olub.

Medianews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Film Fondu məlumat yayıb.

Bildirilib ki, film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub.

“Bu, Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru isə Nadir Əliyevdir.

Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Kurs işi aktyor Fazil Salayevin kinoda son işidir.

Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilib və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.


Bizə qoşulun