Medianews.az
Aralıq dənizində gərginlik –
45 baxış

Aralıq dənizində gərginlik – NATO genişmiqyaslı təlimlərə başladı

NATO Aralıq dənizində illik “Dynamic Manta 2026” hərbi təlimlərinə başlayır.

Medianews.az xəbər verir ki, 23 fevral – 6 mart tarixlərində keçiriləcək təlimlər Aralıq dənizinin mərkəzi hissəsində, əsasən İtaliya ərazi sularında baş tutacaq.

Təlimlər sualtı qayıqlara qarşı müdafiə ssenariləri ilə başlayacaq. Hərbi dəniz və aviasiya qüvvələri sualtı qayıqların aşkarlanması, izlənməsi, eləcə də dərin və sahil əməliyyatları şəraitində birgə fəaliyyət üzrə məşqlər həyata keçirəcək.

“Dynamic Manta” NATO-nun ən iri çoxmillətli sualtı döyüş təlimlərindən biri hesab olunur və hər il təşkil edilir.

Medianews.az

Bizə qoşulun