Medianews.az
Ardanın telefonundakı FOTO
150 baxış

Ardanın telefonundakı FOTO gündəm oldu

İspaniyada çıxışı ilə diqqət mərkəzində olan gənc futbolçu Arda Güler bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, meyvə yeyərkən çəkilən fotosu sosial şəbəkələrdə sürətlə yayılarkən, istifadəçilərin diqqətini çəkən əsas detal onun telefonunun ekran görüntüsü olub.

Məlum olub ki, Arda Güler telefonunun divar kağızı kimi sevgilisi Duru Nayman ilə çəkdirdiyi şəkli istifadə edir.

Gənc futbolçunun uzun müddətdir münasibətdə olduğu sevgilisi ilə fotosunu telefonunda saxlaması pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb. Qısa müddətdə viral olan görüntü Ardanın təkcə meydanda deyil, şəxsi həyatında da sabit və sadiq biri olduğunu göstərib.

Qeyd edək ki, 21 yaşlı futbolçu həm performansı, həm də şəxsi həyatı ilə son dövrlərin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

Medianews.az

Bizə qoşulun