“Arsenal” klubu “Atletiko”nu 1:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının finalına yüksəlib və bununla da klub tarixinin rekordunu təkrarlayıb.
Bu barədə “Opta” məlumat yayıb.
“Topçular” üçün bu qələbə mövsümdə artıq 41-ci olub. Komanda tarixində bir mövsüm ərzində bundan çox qələbə qazanmayıb. “Arsenal” daha əvvəl eyni sayda qələbəni 1970/71 mövsümündə əldə edib. Həmin mövsümdə London təmsilçisi İngiltərə çempionu olub və ölkə kubokunu qazanıb.
Cari mövsümün sonuna qədər “topçular” daha dörd oyun keçirəcək. Onlar mütləq rekordu artıq mayın 10-da “Vest Hem”ə qarşı derbi matçında yeniləmək şansı əldə edəcəklər./publika.az