"Arsenal" klubu "Bavariya"nın gənc futbolçusu Lennart Karla elçi düşüb.
Oxu.Az xəbər verir ki, London təmsilçisi bu transferi həyata keçirmək üçün almanların tələb etdiyi 90 milyon avronu ödəmək istəyir.
17 yaşlı yarımmüdafiəçi bu mövsüm "Bavariya"nın aşağı yaş komandasından əsas komandaya cəlb olunub. O bu mövsüm komandanın heyətində 29 matça çıxıb, yeddi qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Lennart Karlın "Bavariya" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.