Oğluma xəsarət yetirən şəxsin 13-14 yaşı var.
O bildirib ki, hadisə zamanı işdə olub:
"Telefonuma zəng gəldi ki, uşağın ayağı kəsilib. Gəlib uşağa baxanda gördüm ki, ayağı deyil bədəninin çox yerində xəsarətlər var. Məsələnin tam dəqiqliyini bilmirəm. Mənim heç kimlə düşmənçiliyim yoxdur. İstəyirəm ki, oğlumu kim vurubsa tapılsın və cəzası verilsin".
R. Bəşirov qeyd edib ki, uşaq onu kim bıçaqladığını bilir:
"Oğlum deyir ki, üzdən görmüşəm, məndə deyirəm ki, polisə necə var, doğrusunu desin. Hazırda saxlanılan uşağın 13 - 14 yaşı var."
Hadisə ilə bağlı Ağcabədi rayonu mərkəzi xəstəxanasının həkimi Azad Hüseynov bildirib ki, azyaşlı valideynləri tərəfindən xəstəxanaya gətirilib:
"Müayinə zamanı xəstənin bədənində 20-ə yaxın kəsilmiş, cırılmış, deşilmiş yaralar müəyyən olunub. Xəstədə kəskin qan itirmə müşahidə olunur. Təcili olaraq əməliyyat blokuna götürülüb. Yaralara müdaxilə edilib və xəstə ağır vəziyyətd