ABŞ-də kişi fiziki qüsurlu arvadını beş il kilidli otaqda saxlayıb.
Medianews.az xəbər verir ki, kişi həbs edilib.
Bir gün kişi telefonunu masanın üstünə qoyub. Qadın şəraitdən istifadə edərək həmin telefonla polislərə zəng edib. Kişi qəzəblənib və qadını vuraraq zəngi yarımçıq qoyuq. Polislər qadının köməyə ehtiyacı olduğunu anlayaraq evə gəlib.
Məlum olub ki, qadın artıq noyabr ayında polisə müraciət etməyə çalışıb, lakin ərinin təhdidləri səbəbindən o və uşaqları susublar.
Kişi zərərçəkmişdən və ortaq evdən uzaq durmaq əmri ilə girov müqabilində azadlığa buraxılıb və hələ vəkili yoxdur.
Qadın hazırda xəstəxanadadır.
Medianews.az