Medianews.az
Arvadının qalıqlarını sobada
74 baxış

Arvadının qalıqlarını sobada YANDIRDI

Yaponiyada zoopark işçisi həyat yoldaşının cəsədini zibil yandıran sobaya atıb.

Medianews.az xəbər verir ki, martın sonunda qadının itkin düşməsi barədə rəfiqəsi polisə müraciət edib.

Araşdırma zamanı ər arvadının yoxa çıxmasını izah edə bilməyib və ziddiyyətli ifadələr verib. Aprelin 23-də isə o, qadının qalıqlarını zooparkda ölü heyvanların yandırılması üçün istifadə olunan sobada məhv etdiyini bildirib.

Bundan əlavə, qadının yoxa çıxmasından bir müddət əvvəl kişinin ona "Səni külə çevirəcəyəm ki, səndən heç nə qalmasın" dediyi məlum olub. 

Hazırda qadının ölüm səbəbi və hadisənin detalları araşdırılır.

Medianews.az

Bizə qoşulun