Medianews.az
Aşağı maaşa etiraz olaraq bunu etdi -
103 baxış

Aşağı maaşa etiraz olaraq bunu etdi - Qadının hərəkəti gündəm oldu

Çində bir qadın maaşından narazı qalaraq iş yerində qeyri-adi etiraz aksiyası keçirib.

Medianews.az xəbər verir ki, hadisə Şanqyu şəhərində baş verib.

O, masası yanında uzanaraq 5 saat yatıb. Ayıldıqdan sonra isə rəhbərin stolundan şokolad götürüb yeyib.

Rəhbər qadına xəbərdarlıq edib və işdən çıxarmaqla hədələyib. Qadın isə cavabında: “Siz ödədiyiniz maaşa uyğun nəticə alırsınız” deyib. Daha sonra sosial şəbəkədə video paylaşaraq özünü müdafiə etməyə çalışıb.

Çin sosial şəbəkələrində hadisə geniş müzakirə olunub. İstifadəçilərin çoxu qadının davranışını tənqid edərək rəhbərin tərəfində olduqlarını bildiriblər. Maaşı isə artırılmayıb.

Medianews.az

Bizə qoşulun