Medianews.az
Asqırmağı saxlamaq istədi,
74 baxış

Asqırmağı saxlamaq istədi, qığırdağı sındı

Rusiyada kişi güclü asqırma zamanı qeyri-adi zədə alıb.

Medianews.az xəbər verir ki, hadisə Moskvada baş verib.

Məlumata görə, kişi asqırmağın qarşısını almaq üçün burnunu sıxıb və həmin anda boynunda xırtıltı hiss edib. Daha sonra boyun və üz nahiyəsində şişkinlik yaranıb və həkimlərə müraciət edib.

Müayinə zamanı ona boyun qığırdağının sınığı və toxumalara hava sızması ilə müşahidə olunan emfizema diaqnozu qoyulub. Həkimlər bildiriblər ki, güclü təzyiq nəticəsində toxumalarda kiçik yırtıq yaranıb.

Xəstəyə əməliyyat edilmədən müalicə təyin olunub, antibiotiklər və digər preparatlar yazılıb.

Həkimlər xəbərdarlıq edir ki, asqırmanı zorla saxlamaq təhlükəli fəsadlara səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun