Müğənni Nəsimi Məmmədov səmimi etirafı ilə diqqət çəkib.
İfaçı həyatının ən çətin dönəmlərindən birini xatırlayaraq izləyicilərlə duyğularını bölüşüb.
O, bildirib ki, 2007-ci ildə - cəmi 19 yaşı olarkən atasını itirməsi onun həyatında dönüş nöqtəsi olub:
"Kədərli olsa da, 2007-ci ildən, yəni 19 yaşımda atamı itirəndən sonra artıq böyüdüyümü anladım. O vaxta qədər müəyyən ərköyünlük var idi. Həmin vaxt səhəri gün başa düşdüm ki, böyümüşəm. Çətinlik ayrı bir mövzudur, onsuz qalmaq isə tamam başqa hissdir. Hər kəsin həyatında dönüş nöqtəsi olur", - deyə sənətçi qeyd edib.
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə izləyiciləri kövrəldib. Bir çoxları onun səmimiliyini yüksək qiymətləndirərək, həyatın çətin anlarının insanı daha tez yetkinləşdirdiyini vurğulayıblar./Milli.Az