Medianews.az
Avropa İttifaqı Hörmüzə gəmiləri bu zaman göndərə bilər -
66 baxış

Avropa İttifaqı Hörmüzə gəmiləri bu zaman göndərə bilər - Fon der Lyayen

Avropa Birliyi Hörmüz boğazına gəmilər yalnız ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başa çatdıqdan sonra göndərə bilər.

Medianews.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Kanberrada Avstraliya Baş naziri Entoni Albanese ilə danışıqlardan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib: “Avropa İttifaqı liderləri açıq şəkildə bildiriblər ki, onlar yalnız hərbi əməliyyatlar bitdikdən sonra əməliyyat və ya missiyanı nəzərdən keçirə bilərlər".

O, enerji vəziyyətinin artıq "dünyadakı müttəfiqlər üçün kritik hala gəldiyini" etiraf edib: "Hamımız bunun təsirini biznesimiz və bütövlükdə cəmiyyətimiz üçün qaz və neft qiymətlərinin artması şəklində hiss edirik, lakin danışıqlar yolu ilə həll yoluna çatmağımız vacibdir"./Musavat.com

Bizə qoşulun