Medianews.az
Avropa meydanlarında finiş havası
162 baxış

Avropa meydanlarında finiş havası

Avropanın aparıcı milli futbol çempionatları aram-aram finiş xəttinə üz tutur.

Medianews.az bildirir ki, İngiltərə çempionatında “Arsenal” 70 xalla liderdir. “Mançester Siti” 61, “Mançester Yunayted” 55, “Aston Villa” 54 xal yığıb.

İspaniya çempionatında “Barselona” irəli çıxıb: 76 xal. “Real” 69, “Vilyarreal” 58, “Atletiko” 57 xal götürüb.

İtaliya çempionatında “İnter” 72, “Milan” 63, “Napoli” 62, “Komo” 57, “Yuventus” və “Roma” 54 xal toplayıb.

Almaniya çempionatında “Bavariya” 73 xalla öndədir. “Borussiya” (Dortmund) 64, “Leypsiq” və “Ştutqart” 53 xal qazanıb.

Fransa çempionatında PSJ 63, “Lans” 59, “Lill” 50, “Marsel” və “Monako” 49, “Lion” 48, “Renn” 47 xal əldə edib.

Medianews.az

Bizə qoşulun