Medianews.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb.
İngiltərə çempionatında “Arsenal” 64, “Mançester Siti” 59, “Mançester Yunayted” və “Aston Villa” 51, “Liverpul” 48 xal yığıb.
İspaniya çempionatında “Barselona” 64, “Real” 60, “Atletiko” və “Vilyarreal” 51 xal götürüb.
İtaliya çempionatında “İnter” 67, “Milan” 57, “Napoli” 53, “Roma” 51 xal toplayıb.
Almaniya çempionatında “Bavariya” 63, “Borussiya” (Dortmund) 52, “Hoffenhaym” və “Ştutqart” 46, “Leypsiq” 44 xal qazanıb.
Fransa çempionatında PSJ 57, “Lans” 53, “Lion” 45, “Marsel” 43 xal əldə edib.