Medianews.az
Avtoxuliqanlar “hünərlərini” sosial mediada nümayiş etdirir
129 baxış

Avtoxuliqanlar “hünərlərini” sosial mediada nümayiş etdirir – səbəb nədir?

Son vaxtlar “avtoxuliqanlıq edib görüntüsünü sosial şəbəkədə paylaşan sürücünün həbs edilməsi” kimi xəbərlərlə daha tez-tez rastlaşırıq. Bu hal artıq müəyyən mənada tendensiyaya çevrilib və cəmiyyət arasında ciddi narahatlıq doğurur.

Bəs gənclər niyə belə davranışlara yol verir və öz “hünərlərini” sosial mediada nümayiş etdirməyə çalışırlar? Mütəxəssislərin fikrincə, bunun arxasında əsasən diqqət çəkmək istəyi, sosial şəbəkələrdə populyarlıq qazanma arzusu və yanlış nüfuz anlayışı dayanır.

Medianews.az xəbər verir ki, psixoloqlar bu cür davranışların özünü təsdiqləmə ehtiyacından qaynaqlandığını bildirirlər. Onların sözlərinə görə, bəzi gənclər real həyatda əldə edə bilmədikləri diqqəti sosial mediada riskli və qanunsuz hərəkətlər vasitəsilə qazanmağa çalışırlar.

Mütəxəssislər bunu həm də məsuliyyət hissinin zəifliyi və risklərin düzgün dəyərləndirilməməsi ilə izah edirlər. Sosial şəbəkələrdə “bəyənmə” və “izləyici” qazanmaq naminə edilən bu cür hərəkətlər isə çox zaman ciddi hüquqi nəticələrlə – cərimə və həbs halları ilə yekunlaşır.

Ekspertlər hesab edirlər ki, bu tendensiyanın qarşısını almaq üçün həm maarifləndirmə işləri gücləndirilməli, həm də gənclər arasında təhlükəsiz sürücülük mədəniyyəti formalaşdırılmalıdır.

Bizə qoşulun