"İranın Azərbaycan ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk".
Medianews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Azərbaycanla göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu dövrdə Azərbaycanla həmrəy olduqları üçün bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, XİN-in təşəkkür etdiyi ölkələrin siyahısına Ermənistan da daxildir.