Medianews.az
Azərbaycan hazırdır - Ssenarilər əvvəldən qiymətləndirilib –
216 baxış

Azərbaycan hazırdır - Ssenarilər əvvəldən qiymətləndirilib – ŞƏRH

İranın Azərbaycana dron hücumu ölkəmizin regional sabitlik, sülh və humanitar səylərində əldə etdiyi etibarlı nəticələrə qarşı kampaniyanın tərkib hissəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə əlaqədar verdiyi bəyanatın oxunuşunu belə təqdim edə bilərik:

- Azərbaycan təxribatı sürətlə hiss edən, hissiyyata qapılmayaraq ağıllı qərarlar verməklə özünü müdafiə hüququndan istifadə edəcək potensiala sahibdir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlama isə diplomatik xəbərdarlığın hərbi-siyasi məntiqini tamamlayır.

Naxçıvana dron hücumu SEPAH-ın ABŞ və İsrailə qarşı başlatdığı "Doğru vəd 4" əməliyyatının 19-cu dalğasında baş tutdu.

SEPAH 19-cu dalğada başlatdığı əməliyyata "Ya Həsən, ibn Əli əleyhissalam" kod adı verib.

Bu kod adı altında Azərbaycana qarşı hücum kampaniyası eyni zamanda ideoloji məsələlər prizmasından regional oxu aktivləşdirmək niyyətindən xəbər verir.

İran onunla müharibə aparmağın Cənubi Qafqazda geosiyasi regional nəticələri barədə praktiki xəbərdarlığını Azərbaycana dron hücumu həyata keçirməklə çatdırdı. Bu, Tehranın Körfəz regionu ilə paralel olaraq Cənubi Qafqaz bölgəsində regionlararası qeyri-sabitlik modeli qurmaq planını göstərir.

İran formalaşan yeni dünya nizamında TRİPP marşrutunun (Zəngəzur dəhlizi) oynadığı regional rolların minimallaşdırılması kampaniyasını ifadə etmiş olur.

İranın digər hədəfi müharibənin yükünü region ölkələri arasında bölməkdən ibarətdir. İran bununla qeyri-sabit regionu idarə etmək strategiyasını nəzərdən keçirməyə çalışmasını fon kimi verir.

Azərbaycanın iki nazirliyinin - XİN və Müdafiə Nazirliyi - bəyanatı İranın qeyri-sabit regional modelə keçidi üçün səylərinə qarşı zəruri tədbirlər kompleksini vurğulayır. Cavab hüququ barədə Bakının vurğu etməsi Azərbaycanın bu ssenariləri əvvəldən qiymətləndirdiyini və prosesə potensial hazırlığını göstərir.

Azərbaycana qarşı hücumlar Bakı-Ankara strateji müttəfiqliyinin zəruri cavab reaksiyasını gündəmə gətirir. İran müttəfiqlik reaksiyasının hərbi atmosferindən yayınmaq üçün Azərbaycan-Türkiyə tandemindəki birgə müdafiə anatomiyasını nəzərə ala bilər. Buna görə də hücumları müxtəlif epitetlər arxasında pərdələmə kampaniyası Tehranın təbliğat və informasiya aparatında görünəcək.

Aqşin Kərimov,
siyasi təhlilçi

Bizə qoşulun