Xəbər verdiyimiz kimi, Azərbaycanın nümayəndə heyəti İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehrandadır.
Nümayəndə heyəti Tehrandakı Mosalla kompleksində Xameneinin vida mərasiminə qatılıb.
Milli Məclisin sədri Sahibə Qafarova daha sonra İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana başsağlığı verib.
***
İranın sabiq Ali rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimində iştirak edəcək Azərbaycanın nümayəndə heyəti Tehrandadır.
Nümayəndə heyətimiz rəsmi qarşılanma mərasimi ilə Mehrabad Beynəlxalq Hava Limanına gəlib.
Nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir./unikal.az/