Medianews.az
"Heç bir barışıq olmayacaq..." –
122 baxış

"Heç bir barışıq olmayacaq..." – Qəzada ölənin ailəsi İLK DƏFƏ danışdı

"TikTok" fenomeni kimi tanınan İlduzə Hacıyevanın (Arzum) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikovun ailəsi ilk dəfə məsələ ilə bağlı açıqlama verib.

Mərhumun bacısı sosial şəbəkə hesabında paylaşım edərək, məhkəmə hökmündən sonra ailələri ilə barışıq yaratmağa çalışan şəxslərə müraciət edib.

O bildirib ki, son günlər müxtəlif şəxslər ailə üzvləri ilə əlaqə saxlayır, evlərinə gəlmək istəyir və barışıq üçün vasitəçilik etməyə çalışırlar.

Lakin ailənin mövqeyinin qəti olduğunu vurğulayan Amal Məlikovun bacısı bunları yazıb:

"Məhkəmə qərarından sonra müxtəlif şəxslər tərəfindən ailəmizlə əlaqə saxlamaq, evimizə gəlmək, barışıq istəmək və yalvarmaq kimi cəhdlərin edildiyini, sosial şəbəkələrdə bu barədə çağırışların olunduğunu görürük. Heç kim ailəmizə və yaxınlarımıza müraciət etməsin. Heç bir barışıq olmayacaq. Qəzadan sonra mərhuma və ailəmizə qarşı edilən təhqirlərdən sonra bu, artıq mümkün deyil".

Mərhumun bacısı ailənin məhkəmənin çıxardığı hökmü kifayət qədər ağır hesab etmədiyini də qeyd edib. Onun sözlərinə görə, cəzanın artırılması üçün yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə müraciət ediləcək.

"Amalın anası yataq xəstəsidir və səhhəti ağırdır. Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik. Hüquqi mübarizəmiz sonadək davam edəcək", – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, məhkəmənin hökmü ilə İlduzə Hacıyeva (Arzum) 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib./musavat.com/

Bizə qoşulun