Medianews.az
Azərbaycanda cərimə sistemi
117 baxış

Azərbaycanda cərimə sistemi DƏYİŞİR

“Qanun layihəsi bir tərəfdən bu sahədə hüquqi bazanın daha da gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə idarəetmə və informasiya sistemlərinin formalaşdırılması hesabına şəffaflığın artırılmasına töhfə verir. Xüsusilə elektron xidmətlərin tətbiqinin genişlənməsi institusional səviyyədə açıq idarəçiliyin möhkəmlənməsinə imkan yaradır. Eyni zamanda dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsinin hüquqi tənzimlənməsi istiqamətində normativ baza daha da təkmilləşdirilir. Bu baxımdan təqdim olunan dəyişikliklərin icrası zəruri hesab olunur və qanun layihəsinin mövcud iqtisadi islahatlara müsbət təsir göstərəcəyi şübhə doğurmur”.

Medianews.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin plenar iclasında Vüqar Bayramov Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat həmçinin bir sıra təkliflərini də irəli sürüb:

“Təqdim olunan dəyişikliklərə əsasən, Məcəllənin 308-ci maddəsində dövlət vəsaitinin təyinatından kənar istifadəsi 10 min manatadək olduqda, dəymiş ziyanın – yəni təyinatdan kənar istifadə edilən məbləğin 100 faizi həcmində cərimə tətbiq olunur və müəyyən hallarda cinayət məsuliyyətindən azad edilmə imkanı nəzərdə tutulur".

O  qeyd edib ki, mövcud mətndə cərimələr 9 min manatdan 13 min manatadək intervalda dəyişdiyi halda, yeni dəyişikliklərdə daha çox meyara əsaslanan yanaşma tətbiq edilir:

"Yəni əvvəlki sənədlərdə konkret məbləğlər göstərilirdisə, yeni variantda cərimənin hesablanması meyar üzrə müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, bu meyarın diferensial tətbiqi vacibdir, çünki qanunda nəzərdə tutulan ziyanın məbləğinin dəqiq rəqəmlə ifadə olunması daha aydın hüquqi müəyyənlik yaradır”.//Bakıvaxtı.az

Bizə qoşulun