Medianews.az
Messi özünü  onunla müqayisə etdi:
95 baxış

Messi özünü onunla müqayisə etdi: “Biz çox oxşarıq”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın ilk turunda Əlcəzairə qarşı (3:0) het-trikdən sonra motivasiyası və karyerası barədə fikirlərini bölüşüb.

Medıanews.az-ın məlumatına görə, futbolçu bildirib ki, onun əsas gücü futbola olan sevgisidir və yaxşı formada olduğu müddətdə maksimum səviyyədə oynamağa davam edəcək.

“Futbolu çox sevirəm. Bu, uşaqlıqdan mənim ehtirasımdır. Formada olanda hər zaman maksimum gücümlə oynayıram. Hazırda Rafael Nadal haqqında seriala baxırıq və özümü onunla çox müqayisə edirəm. Biz oxşarıq – maksimum səviyyədə çalışmaq və özümü yaxşı hiss etmək istəyirəm. Bunu edə bildiyim müddətdə meydanda olacağam”, – deyə Messi bildirib.

O, həmçinin mundiallarda vurduğu qollarla bağlı rekord göstəricilərə münasibət bildirib və bunun onun üçün əsas prioritet olmadığını vurğulayıb.

“Adımın Kloze, Ronaldo və digər oyunçuların yanında olması şərəfdir, amma bu, sadəcə statistikadır. Əsas olan oyundur”, – deyə o qeyd edib.

Qeyd edək ki, Messi bu matçda Çempionlararası Dünya Kubokları tarixində 16 qola çataraq Miroslav Klozenin rekordunu təkrarlayıb.

Medıanews.az

Bizə qoşulun