Martın 7-si ABŞ dollarının rəsmi məzənnəsində sabitliyin 8 ili tamam olur.
Azərbaycanda xarici valyutaların rəsmi kursunu Mərkəzi Bank tənzimləyir.
Medianews.az bildirir ki, 2015-ci ilin devalvasiyalarında ABŞ dollarının rəsmi qiyməti 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.