Medianews.az
Azərbaycanda ərzaq bahalaşması, orta maaş və artımlar
199 baxış

Azərbaycanda ərzaq bahalaşması, orta maaş və artımlar

Medianews.az saytı ölkədə rəsmi makroiqtisadi göstəricilərə nəzər salıb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvarda Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin ilk ayı ilə müqayisədə 5,7 faiz artıb, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 7,1 faiz, qeyri-qida məhsulları 3,5 faiz, ödənişli xidmətlər 5,6 faiz bahalaşıb.

Muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının yanvarın 1-nə 1102,9 manata çatdığı bildirilir.

Başqa bir rəsmi məlumata əsasən, 2026-cı ilin ilk ayında investisiya qoyuluşunda 75,6 faiz, sənaye istehsalında 2,5 faiz artım qeydə alınıb.

Medianews.az

Bizə qoşulun