"Bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitet statusunu əldə edəcək".
Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov AMEA-nın Ümumi Yığıncağında deyib.

O bildirib ki, sözügedən məsələ ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var:
"Nazirlik olaraq biz də bu məsələyə ciddi yanaşırıq və qaydalarımızı daha da sərtləşdirmişik"