Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin statusu Prezidentin yuxarı icra orqanı kimi müəyyən olunub.
Hazırda kabinetə Baş nazir, onun 1 birinci müavini, 2 müavini, 17 nazir, 7 komitə sədri, 5 xidmət rəisi, 3 agentlik sədri, 1 idarə rəisi daxildir.
Medianews.az bildirir ki, Baş nazirin 1 müşaviri, 3 köməkçisi var.
Nazirlər Kabineti Aparatının strukturu belə rəsmiləşib:
aparat rəhbəri, onun 2 müavini
Baş nazirin katibliyinin rəisi
Nazirlər Kabinetinin işlər müdiri
iqtisadiyyat şöbəsi
beynəlxalq əməkdaşlıq şöbəsi
xarici iqtisadi əlaqələr şöbəsi
hüquq və qanunvericilik şöbəsi
sosial məsələlər şöbəsi
humanitar məsələlər şöbəsi
sənaye və energetika şöbəsi
aqrar və ekologiya şöbəsi
regionların inkişafı şöbəsi
tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsi
nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi
təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi
ümumi şöbə
mətbuat xidməti
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının katibliyinin rəhbəri.
Nazirlər Kabinetinə konstitusiya ilə bu səlahiyyətlər verilib:
- dövlət büdcəsinin layihəsini hazırlayıb Prezidentə təqdim etmək;
- dövlət büdcəsinin icrasını təmin etmək;
- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;
- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək;
- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək;
- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək;
- Prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll etmək.