Uçot dərəcəsi 2007-ci ildən bəri necə dəyişib?
Fevralın 5-dən Azərbaycanda uçot dərəcəsi (Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsi) 6,5 faiz müəyyən olunur.
Medianews.az bildirir ki, maksimum uçot dərəcəsi 2007 və 2018-ci illərdə 13 faiz, 2008, 2016 və 2017-ci illərdə 15 faiz, 2009 və 2012-ci illərdə 5 faiz, 2010 və 2015-ci illərdə 3 faiz, 2011-ci ildə 5,25 faiz, 2013-cü ildə 4,75 faiz, 2014-cü ildə 4,25 faiz, 2019-cu ildə 9,25 faiz, 2020, 2021 və 2025-ci illərdə 7,25 faiz, 2022-ci ildə 8,25 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 7,75 faiz olub.
6,5 faiz qərarını fevralın 4-də Mərkəzi Bankın İdarə Heyəti verib.
Növbəti qərarlar bu günlərdə açıqlanacaq: 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr, 23 dekabr.