Medianews.az
Azərbaycanda xərclərin yarısı ərzağa gedir –
121 baxış

Azərbaycanda xərclərin yarısı ərzağa gedir – Bu, iki problemi önə çıxarır

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 49,4 faizi ərzaq məhsullarının payına düşüb. Bu göstərici nəyə dəlalət edir? Beynəlxalq standartlara nə qədər uyğundur?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu göstərici uzun illərdir dəyişmir: "Ümumi vəsaitin yarısı ərzaq məhsullarına xərclənir. Bu o qədər də yaxşı göstərici deyil. Beynəlxalq araşdırmalara baxsaq görərik ki, inkişaf etmiş ölkələrdə sözügedən göstərici 20 faizi keçmir.

49,4 faiz o deməkdir ki, insanlar gəlirlərinin yarısını ərzağa, gündəlik tələbat mallarına xərcləməyə məcbur olurlar. Bu, iki məsələni önə çıxarır. Birincisi, maaşlar, gəlir səviyyəsi çox aşağıdır. İkincisi, ərzaq məhsullarının qiyməti insanların gəlirlərinə uyğun deyil. Yəni bahadır. Hər iki məsələ uzun illərdir Azərbaycan iqtisadiyyatında əsas problemlərdən biridir". 

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun