Medianews.az
Azərbaycandan tranzit yolla Ermənistana buğda göndəriləcək
249 baxış

Azərbaycandan tranzit yolla Ermənistana buğda göndəriləcək

Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndəriləcək.

Medianews.az xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Bizə qoşulun