Medianews.az
Ağ Evdəki UFC turnirinə hücum planlaşdıranları
81 baxış

Ağ Evdəki UFC turnirinə hücum planlaşdıranları ömürlük həbs gözləyir

Ağ Evdə keçirilən UFC turnirinə hücum planlaşdıranları ömürlük həbs cəzası və 250 000 dollar məbləğində cərimə gözləyir.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

"Qətl törətmək məqsədilə əlbir olmaqda təqsirli bilinəcəkləri təqdirdə, hər bir təqsirləndirilən şəxsi ömürlük azadlıqdan məhrumetmə və 250 000 dollar cərimə gözləyir. Ağ Evin ərazisində zorakılıq hərəkətləri törətmək məqsədilə qurulan plana görə isə maksimum beş il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur", - deyə məlumatda qeyd olunur.

Bildirilib ki, turnirin keçirildiyi əraziyə hücum planlaşdırmaqda şübhəli bilinən beş şəxsə rəsmi ittiham irəli sürülüb.

Xatırladaq ki, Federal Təhqiqatlar Bürosu (FTB) Trampın ad günü şənliyi zamanı Ağ Evin qarşısındakı UFC turnirinin keçirildiyi məkana dronlarla endiriləcək potensial zərbə təhlükəsinin qarşısını alıb. Zərbələrin tədbirdə iştirak edən ABŞ elitasının nümayəndələrinə qarşı yönəldilməsi planlaşdırılıb./ Oxu.az

Bizə qoşulun