Terapevt Reqina Axunyanova ideal səhər yeməyinin necə olmalı olduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, səhər yeməyi iltihabəleyhinə qidalanma prinsipi əsasında qurulmalıdır. Belə qidalanmanın əsasını zülal və liflə zəngin məhsullar təşkil edir.
Axunyanova bildirib ki, ideal səhər yeməyinə hər hansı bir zülal mənbəyi, 250-300 qram tərəvəz və bir dilim tam taxıllı çörək daxildir. Şirniyyata meyli olan şəxslərə isə bir və ya iki ədəd xurma yeməyi tövsiyə olunur.
Mütəxəssisin fikrincə, bu cür səhər yeməyi uzun müddət toxluq hissi yaradır, şirniyyata olan istəyi azaldır, iştahanı nəzarətdə saxlamağa və axşam saatlarında həddindən artıq qidalanmanın qarşısını almağa kömək edir.
Həkim vurğulayıb ki, bu qidalanma modeli həm çəki azaltmaq, həm də ümumi sağlamlığı qorumaq üçün faydalı hesab olunur.
Medianews.az