Medianews.az
Azərbaycanın əsas ticarət tərəfdaşları –
171 baxış

Azərbaycanın əsas ticarət tərəfdaşları – Rəsmi

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın ixracının 87,37 faizi 10 ölkəyə yönəlib.

Medianews.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, İtaliya ixracda 47,26 faiz payla birinci yerdə qərar tutub.

Türkiyə 14,54, Gürcüstan 4,32, Rusiya 4,3, Rumıniya 3,93, Bolqarıstan 3,25, Portuqaliya 3,07, Çexiya 2,32, Yunanıstan 2,29, Almaniya 2,09 faizlə göstərilir.

İdxalın 74,93 faizi 10 ölkəyə aid olub. Tərəfdaşlar siyahısına 29,16 faiz payla Çin başçılıq edir.

Türkiyənin idxalda payı 13,24, Rusiyanın 13,17, İranın 4,44, Almaniyanın 3,81, İtaliyanın 3,13, ABŞ-ın 2,4, Belarusun 2,29, Yaponiyanın 1,7, Qazaxıstanın 1,59 faiz həddində rəsmiləşib.

Medianews.az

Bizə qoşulun