Aprelin 1-nə Azərbaycanda 30,3 milyard manata yaxın kredit, 17 milyard manata yaxın əmanət rəsmiləşib. Mərkəzi Bankın hesabatına görə, kreditlərin 619,6 milyon manatı problemlidir. 2026-cı ilin əvvəlinə ödəniş vaxtı keçmiş kreditlər 524,5 milyon manat idi.
Medianews.az bildirir ki, Bakıda 23 milyard manatdan çox kredit qeydə alınıb.
Başqa bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 1,2 milyard manat, Gəncə-Daşkəsən – 918,1 milyon manat, Lənkəran-Astara – 715 milyon manat, Şəki-Zaqatala – 615,7 milyon manat, Mərkəzi Aran – 603,2 milyon manat, Qazax-Tovuz – 591,4 milyon manat, Qarabağ – 528,5 milyon manat, Quba-Xaçmaz – 513,3 milyon manat, Naxçıvan – 496,6 milyon manat, Şirvan-Salyan – 465,6 milyon manat, Mil-Muğan – 360,2 milyon manat, Dağlıq Şirvan – 212,3 milyon manat, Şərqi Zəngəzur – 24,4 milyon manat.
Əmanətlərin 14,9 milyard manatı Bakının payına düşüb.
Qalan bölgələrin belə sıralanır: Abşeron-Xızı – 644,2 milyon manat, Gəncə-Daşkəsən – 269 milyon manat, Quba-Xaçmaz – 158,9 milyon manat, Şəki-Zaqatala – 149,6 milyon manat, Lənkəran-Astara – 146,1 milyon manat, Mərkəzi Aran – 142,4 milyon manat, Qazax-Tovuz – 134,4 milyon manat, Qarabağ – 98,2 milyon manat, Naxçıvan – 85,9 milyon manat, Şirvan-Salyan – 78,4 milyon manat, Dağlıq Şirvan – 52,1 milyon manat, Mil-Muğan – 48,8 milyon manat, Şərqi Zəngəzur – 928 min manat.