Medianews.az
Azərbaycanın ticarət statistikası
95 baxış

Azərbaycanın ticarət statistikası

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 8 milyard 774,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7 milyard 152,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Medianews.az hesabatı yayan Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 50,4 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının payına düşüb.

Başqa bir rəsmi məlumata görə, yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 150 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə ixrac, 138 ölkədən idxal qeydə alınıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin real ifadədə 29,5 faiz, ixracın 6,8 faiz, idxalın 51,9 faiz azaldığı xəbər verilir.

Medianews.az

Bizə qoşulun