Medianews.az
Azərbaycanın xarici ticarətinin 76 faizindən çoxu bu 10 ölkənin payına düşür
117 baxış

Azərbaycanın xarici ticarətinin 76 faizindən çoxu bu 10 ölkənin payına düşür

2026-cı ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsinin 76,5 faizindən çoxu 10 ölkənin payına düşüb: İtaliya, Türkiyə, Çin, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Çexiya, Rumıniya, Bolqarıstan.

Medianews.az Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, ixrac ünvanlarında İtaliya, Türkiyə, Gürcüstan, Rusiya, Çexiya, Rumıniya, Bolqarıstan, Almaniya, Yunanıstan, Portuqaliya önə çıxıb.

İdxalda sıralama belə rəsmiləşib: Çin, Rusiya, Türkiyə, ABŞ, İran, Almaniya, İtaliya, Belarus, Ukrayna, Yaponiya.

Azərbaycan yanvar-mart aylarında 157 ölkə ilə ticarət əməliyyatı aparıb, 5 milyard 402,2 milyon dollarlıq ixrac, 4 milyard 4,6 milyon dollarlıq idxal qeydə alınıb.

Medianews.az

Bizə qoşulun