Medianews.az
Azərbaycan-ABŞ xartiyasında üç vacib xətt –
221 baxış

Azərbaycan-ABŞ xartiyasında üç vacib xətt – AÇIQLAMA

“Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyada üç vacib xətt nəzərə çarpır”. Siyasi təhlilçi Aqşin Kərimov Medianews.az-a açıqlamasında belə deyib.

A.Kərimov həmin üç vacib xətti belə sıralayıb:

- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyəti,

- Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatlarının kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etməyi prioritetləşdirməsi,

- Təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni səviyyəsinin elan edilməsi.

Birinci bənddən danışarkən A.Kərimov qeyd edib ki, ABŞ-nin mülki nüvə sahəsindəki fəallığını Cənubi Qafqazda, o cümlədən Ermənistan və Azərbaycanda nümayiş etdirməsi onun perspektiv üçün mövqelərini əlverişli edə bilər: “Bunun Azərbaycan və Türkiyə üçün də xüsusi əhəmiyyəti var. TRIPP dəhlizini irəli aparmaq və onun nüvəsini gücləndirmək baxımından həmin əməkdaşlıq diqqətəlayiqdir.

İkinci bəndə gəlincə, Azərbaycan ABŞ və Çinin rəqabət rejimini Orta Dəhlizin bir komponenti olacaq TRIPP marşrutunda yumşaldaraq regionda güclərarası reytinqi balanslaşdırır.

Üçüncü bənddə isə Azərbaycanla ABŞ-nin sərhəd təhlükəsizliyi, antiterror əməliyyatları sferasındakı, dəniz təhlükəsizliyin qorunmasındakı prioritetləri yenilənir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun