Bu günlərdə Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda Hind Yeməkləri Festivalı keçirilib.
Medianews.az xəbər verir ki, hind mətbəxi dünyada ən məşhur və sevilən kulinariyalardan biridir. Bu mətbəx zəngin ədviyyatları, müxtəlif dad çalarları və bölgələrə görə dəyişən yeməkləri ilə seçilir.
Ekspertlərin sözlərinə görə, onun populyarlığı əsasən dad müxtəlifliyi və balanslı ədviyyat istifadəsi ilə bağlıdır.
“Ədviyyat cənnəti” kimi tanınan Hind mətbəxində əsasən düyü, buğda, ət, balıq, təzə otlar və müxtəlif ədviyyatlar istifadə olunur. Səhər yeməyində çapati, paratha və düyü yeməkləri, içki kimi isə çay və lassi daha çox qəbul edilir.
Günorta və axşam yeməklərində düyü və çörək əsas rol oynayır, yanında dal, chutney və müxtəlif souslar təqdim edilir. Köri, garam masala və kokos südü bu mətbəxin əsas dadlandırıcılarıdır.
Hind mətbəxində samosa, raita və müxtəlif şirniyyatlar (jalebi, gulab jamun) da geniş yayılıb. Ət istehlakı isə dini inanclara görə fərqlənir və bəzi icmalar vegetarian qidalanmaya üstünlük verir.