Medianews.az
“Azərbaycanlıların gözünə baxmağa
64 baxış

“Azərbaycanlıların gözünə baxmağa utanıram”

Belçikanın keçmiş Baş naziri Yves Lterme Avropa ölkələrinin Azərbaycana münasibətdə ziddiyyətli siyasət yürütməsini sərt tənqid edib.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, o, Avropa İttifaqının bir tərəfdən Azərbaycanı müxtəlif məsələlərdə, xüsusilə də insan haqları mövzusunda tənqid etməsini, digər tərəfdən isə enerji böhranı fonunda Bakının qazına ehtiyac duymasını riyakarlıq kimi qiymətləndirib.
Keçmiş Baş nazir bildirib ki, bu vəziyyət Avropanın siyasətində açıq ziddiyyət yaradır:
“Bir tərəfdən Azərbaycanı bir çox məsələlərdə, o cümlədən insan haqlarının pozulmasında ittiham edirik, digər tərəfdən isə böhran dövründə onlardan bizə daha çox qaz satmalarını istəyirik. Mən Aİ vətəndaşı kimi azərbaycanlıların gözünə baxmağa utanıram. Düşünürəm ki, bu, utancverici vəziyyətdir”.
Qeyd edək ki, son illər Avropa enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla əməkdaşlığı genişləndirib. Xüsusilə Aİ ilə Azərbaycan arasında imzalanan enerji əməkdaşlığı razılaşmaları çərçivəsində Avropaya qaz ixracının artırılması müzakirə olunur. Bu isə bəzi Avropa siyasətçilərinin özlərinin də etiraf etdiyi kimi, Brüsselin Bakı ilə bağlı siyasətində ziddiyyətlər yaratdığı barədə müzakirələri gücləndirib.

Bizə qoşulun