Medianews.az
“AzəriLayt” büdcə qiymətini nə qədər ötür?
238 baxış

“AzəriLayt” büdcə qiymətini nə qədər ötür?

Martın 18-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 108,16 dollara satılır. Medianews.az-ın məlumatına görə, bu, büdcə qiymətindən 43,16 dollar yuxarı göstəricidir.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60 dollarla start verib.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Neft ABŞ və İsrailin İrana qarşı fevralın 28-dən apardığı hərbi əməliyyatlar dalğasında kəskin bahalaşır. Gərginlik neft ixracatçısı olan Yaxın Şərq ölkələrində istehsala və daşımalara böyük əngəllər yaradıb.

Medianews.az

Bizə qoşulun