ABŞ–İsrail və İran arasında davam edən müharibə 18-ci günündə qarşılıqlı hücumlarla daha da şiddətlənib. Gecə saatlarında tərəflərin hücumları regionda gərginliyi artırıb.
Medianews.az Haberler.com-a istinadən xəbər verir ki, İran İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyini çoxsaylı raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Hava müdafiə sistemi hücumların əksəriyyətini zərərsizləşdirsə də, ən azı bir PUA səfirlik ərazisinə düşüb. Bu, müharibə başlayandan bəri səfirliyə edilən ən güclü hücum kimi qiymətləndirilir.
Hücuma cavab olaraq İsrail ordusu Tehrandakı hökumət obyektlərini və Beyrutda “Hizbullah”a məxsus infrastrukturu vurub. Şəhərlərdə partlayış səsləri eşidilib, bəzi ərazilərdə yanğınlar qeydə alınıb.
İran İnqilab Keşikçiləri Korpusu “Həqiqi Vəd 4” əməliyyatının 57-ci mərhələsinin başa çatdığını açıqlayıb. Bildirilib ki, İsraildə komanda mərkəzləri və raketdən müdafiə sistemləri daxil olmaqla bir sıra hədəflər vurulub. Həmçinin Qətərdəki ABŞ hərbi bazasının da hədəf alındığı qeyd olunub.
Medianews.az