Qəhvə lətinin cöhvəri iltihabı azalda və bağırsaq hüceyrələrini qoruya bilər.
Medianews.az xəbər verir ki, belə bir nəticəyə onun xüsusiyyətlərini laboratoriya modellərində araşdıran tədqiqatçılar gəliblər. Tədqiqatın nəticələri “Food & Function” (F&F) jurnalında təqdim olunub.
Alimlər həzm prosesini modelləşdirərək müəyyən ediblər ki, bu prosesdən sonra cöhvərdə aktiv maddələr, o cümlədən kofein və fenol birləşmələri qorunub saxlanılır. Bu komponentlər sərbəst radikalları neytrallaşdırmaq və hüceyrə zədələnməsi ilə iltihabın inkişafında əsas amillərdən biri olan oksidativ stresi azaltmaq qabiliyyətinə malikdir.
Bağırsaq və immun sistem hüceyrələri üzərində aparılan təcrübələrdə həmin cövhər iltihabəleyhinə olmayan (proinflamatuar) molekulların istehsalını zəiflətib, eyni zamanda iltihabəleyhinə siqnallara dəstək olub.
Bundan əlavə aparılan təhlillər göstərib ki, onun komponentləri iltihabın tənzimlənməsində iştirak edən hüceyrədaxili mexanizmlərə, xüsusilə immun cavabı idarə edən siqnal yollarına təsir göstərə bilər.(Trend)