İran sıradan bir atəşkəslə kifayətlənmir. Biz bütün Yaxın Şərqdə müharibəyə son qoymağa çalışırıq.
Medianews.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"yə müsahibəsində bildirib.
"Biz tək İranda atəşkəsin olmasına razı deyilik. Bütün regionda müharibəyə tam son qoyulmasını istəyirik. İranın şərtlərinə təkrar təcavüzə qarşı zəmanət və dəymiş ziyana görə kompensasiya daxildir", - deyə Əraqçi qeyd edib.(Teleqraf)