Medianews.az
Bahar təmizliyi necə
97 baxış

Bahar təmizliyi necə edilməlidir?

İlkbaharın gəlməsi ilə evlərdə bahar təmizliyi başlayır. Bu, evin hər guşəsinin silinməsi, xalçaların və divan örtüklərinin yuyulması kimi işləri əhatə edir. Təmizliyi planlı və praktik şəkildə aparmaq həm vaxta qənaət edir, həm də yorulmadan evin hər yerini səliqəyə salmağa imkan verir.

Medianews.az bahar təmizliyi ilə bağlı praktik yolları təqdim edir:

Təmizliyə başlamazdan əvvəl

  • İşləri günlərə bölərək plan hazırlayın;
  • Hansı otağın nə qədər səliqəyə ehtiyacı olduğunu müəyyən edin;
  • Xalça, pərdə, yorğan kimi əşyaları əvvəlcə yuyub bir kənara qoyun, sonra detal təmizliyinə keçin;

Mətbəxdə

  • Boş şüşə və qablardan başlayın;
  • Tavanı silin, sobanı və soyuducunu təmizləyin;
  • Dolabları boşaldıb silin, rəflərdəki əşyaları Silin;
  • Qida məhsullarının istifadə müddətini yoxlayın və köhnələri atın;
  • Dondurucunu yuyun və nizamlayın.

Qonaq otağında

  • Divan və kresloları silin;
  • Kitablıq, dolab, televizor lövhələrini tozdan təmizləyin və düzün;
  • Perdələri yuyun, xalçaları təmizləməyə verin.

Yataq otağında

  • Yorğan, battaniya və kışlıq paltarları yuyun, qışlıq olmayanları saxlayın:
  • Yastıqları yuyun, yataq çərçivəsini və şiltəni tozdan təmizləyin:
  • Dolabları səliqəyə salın, yay və bahar paltarlarını çıxarın.

Hamamda

  • Köhnə dəsmalları toz almaq üçün istifadə edin;
  • Lazımsız əşyaları atın, dolabları təmizləyi;.
  • Hamamı yaxşıca sürtüb kir və ləkələrdən təmizləyin.

Planlı və mərhələli təmizlik evin hər guşəsini səliqəyə salmaqla yanaşı, vaxta qənaət etməyə də kömək edir.

Medianews.az

 

Bizə qoşulun