Medianews.az
"Bakı Metropoliteni"ndə
65 baxış

"Bakı Metropoliteni"ndə kadr dəyişiklikləri

"Bakı Metropoliteni"ndə kadr dəyişiklikləri baş verib.

Medianews.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinə yeni müavin təyin olunub.  

Müvafiq əmrlə Emil Əhmədov sözügedən vəzifəyə gətirilib.  

Qeyd edək ki, Emil Əhmədov bundan əvvəl "Bakı Metropoliteni" QSC sədiri Vüsal Aslanovun müşaviri idi. O, daha əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.

Emil ƏhmədovEmil Əhmədov

Həmçinin "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi vəzifəsindən azad olunub.  

Vüsal Aslanovun digər əmri ilə Namiq Yusibov "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi vəzifəsinə gətirilib. O bundan əvvəl "Bakı Metropoliteni" QSC-nin İstehsalat Texniki Xidmətin rəisi olub. 

Qeyd edək ki, Azad Mustafayev 2019-cu ildə "Bakı Metropoliteni" QSC-də istismar üzrə baş mühəndisin müavini kimi fəaliyyətə başlayıb. 2023-cü il avqustun 1-də "Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi təyin edilmişdi. 

Azad Mustafayev

Bizə qoşulun