Məşhur braziliyalı hücumçu Neymar milliyə dəvət edilməməsinə görə məyus olub.
Bu barədə təcrübəli forvard "Footmercato" nəşrinə açıqlamasında bildirib.
"Əlbəttə, mən milliyə çağırılmamağımdan məyusam və kədərliyəm. Amma diqqətimi cəmləyərək, hazırlıqlara davam edirəm. Ümid edirəm ki, məqsədimə çatacağam. Millinin yekun heyəti hələ qarşıdadır", - deyə futbolçu bildirib.
Daha əvvəl Braziliya yığmasının dünya çempionatı (DÇ-2026) ərəfəsində keçiriləcək yoldaşlıq matçları üçün 26 futbolçudan ibarət genişləndirilmiş heyəti açıqlanıb. İtaliyalı baş məşqçi Karlo Ançelotti "Santos"un 34 yaşlı məşhur ulduzunu heyətə çağırmayıb.
Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində 128 oyunda 79 qol vurub. O, yığmanın tarixində ən çox qol vuran oyunçudur./oxu.az